Qubada məktəb binasında yanğın olub

Qubada məktəb binasında yanğın olub Quba. 20 sentyabr. REPORT.AZ/ Quba rayonunda məktəb binasında yanğın olub.
Hadisə
20 Sentyabr , 2018 14:00
Qubada məktəb binasında yanğın olub
0 : 00
0 : 00

Quba. 20 sentyabr. REPORT.AZ/ Quba rayonunda məktəb binasında yanğın olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xaltan inzibati ərazi dairəsində yerləşən Çarxaçu dağ kəndində son tamamlama işləri aparılan modul tipli məktəbdə qeydə alınıb.

Yanğına elektrik xətlərində yaranan qısaqapanmanın səbəb olduğu bildirilir.

Hadisə yerinə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər rəhbər şəxslər də gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi