Quba. 9 may. REPORT.AZ/ Quba rayonunda mal-qaranı dərmanla yumaq istəyən qadın zəhərlənib.
"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Qam-qam kənd sakini, 1975-ci il təvəllüdlü Bəsti Nadir qızı Hidayətova səhər saatlarında heyvanları dərmanla yuyarkən zəhərlənib.
Qadın Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, xəstənin vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, heyvanları dərmanla yuyan zaman 3 baş iribuynuzlu mal-qara da zəhərlənib. Rayon Baytarlıq İdarəsinin həkimləri tərəfindən vaxtında müdaxilə edilsə də, 1 baş iribuynuzlu heyvan tələf olub.
Faktla bağlı araşdırma aparılır.