Qubada mağazadan oğurluq etmək istəyən şəxs "iş başında" yaxalandı

Qubada mağazadan oğurluq etmək istəyən şəxs "iş başında" yaxalandı DİN-in Baş Mühafizə İdarəsinin Quba Rayon Regional Mühafizə Şöbəsinin əməkdaşlarının xidməti ərazidə apardıqları ayıq xidmət nəticəsində rayon ərazisində oğurluq hadisəsinin qarşısı alınıb.
Hadisə
709
14 Yanvar , 2021 12:26
Qubada mağazadan oğurluq etmək istəyən şəxs iş başında yaxalandı

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Quba Rayon Regional Mühafizə Şöbəsinin əməkdaşlarının xidməti ərazidə apardıqları ayıq xidmət nəticəsində rayon ərazisində oğurluq hadisəsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, Quba rayonu Qonaqkənd qəsəbə sakini Əmrah Əmrahov gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birinə qapı şüşələrini qırmaqla qanunsuz daxil olub və oradan oğurluq etməyə cəhd edib.

Lakin onun bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Quba Rayon Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb və cinayətkar “iş başında” yaxalanaraq Quba Rayon Polis Şöbəsinə gətirilib.
Dindirilmə zamanı Ə.Əmrahov törətdiyi cinayət əməlini etiraf edib.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi