Qubada keçmiş polis qonşusunu bıçaqlayıb

Qubada keçmiş polis qonşusunu bıçaqlayıb Onun qardaşı isə Bəhruz Paşayevin üzərinə qaynar su töküb
Hadisə
30 Sentyabr , 2016 10:31
Qubada keçmiş polis qonşusunu bıçaqlayıb

Quba. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanda keçmiş polis əməkdaşı qonşusunu bıçaqlayıb.

"Report"un şimal bürosunun məlumatına görə, hadisə Quba rayonunda baş verib.

Belə ki, rayonun Mirzəqışlaq kənd sakini Sahil Məmmədov qonşusu, 1983-cü il təvəllüdlü Paşayev Bəhruz Sadiq oğlunun üzərinə qaynar su tökərək ona yanıq xəsarəti yetirib.

B.Paşayev Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən xəbər tutan S.Məmmədovun qardaşı Məmmədov Vidadi Mahir oğlu xəstəxanaya gəlib və burada müayinə olunan B.Paşayevi bıçaqlayıb.

Münaqişəyə səbəb S.Məmmədov və B.Paşayev arasındakı mübahisə olub.

Xəstəyə döş qəfəsinin hər iki tərəfin arxa səthinin kəsilmiş, didilmiş yaraları, sifətin, başın kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin termiki yanığı  diaqnozu qoyulub. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Qeyd edək ki, Vidadi Məmmədov əvvəllər Quba RPŞ-də çalışıb. Lakin o, üç il əvvəl yol verdiyi nöqsanlara görə, işdən çıxarılıb.

Son xəbərlər

Orphus sistemi