Qubada karxananın iş otağından oğurluq edən şəxs tutuldu

Qubada karxananın iş otağından oğurluq edən şəxs tutuldu Ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb
Hadisə
19 Fevral , 2021 11:37
Qubada karxananın iş otağından oğurluq edən şəxs tutuldu

Ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Report"a bildirilib ki, 2020-ci il noyabrın 11-də Quba rayonu ərazisində yerləşən qum-çınqıl karxanalarının birində işləyən S.Davudov Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək iş otağında olan çantasından balansında 2 051 manat pul olan plastik kartının naməlum şəraitdə oğurlanması barədə məlumat verib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisə Siyəzən rayon sakini Pərviz Qubatov tərəfindən törədildiyi müəyyən edilib və hazırda həmin şəxsin Oğuz rayonu ərazisində yerləşən şirkətlərin birində işlədiyi dəqiqləşdirilib.

Quba və Oğuz RPŞ-nin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat tədbirləri ilə P.Qubatov işlədiyi məntəqədə saxlanılaraq istintaqa təqdim olunub.

Dindirilmə zamanı o törətdiyi oğurluq əməli etiraf edərək, kartda olan 2051 manat pulu digər rayonların ərazisində yerləşən bankomatlardan çıxararaq xərclədiyini bildirib.

Faktla bağlı P.Qubatov barəsində Quba RPŞ-də İB-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi