Qubada itkin düşən şəxs tapılıb

Qubada itkin düşən şəxs tapılıb O, tapılaraq ailəsinə təhvil verilib
Hadisə
21 Noyabr , 2017 10:22
Qubada itkin düşən şəxs tapılıb

Quba. 21 noyabr. REPORT.AZ/ Quba rayonunda itkin düşən 37 yaşlı kişi tapılıb.

Bu barədə "Report"un Şimal bürosuna DİN mətbuat xidmətindinin Şimal regional qrupundan məlumat verilib. 

Məlumatda bildirilib ki, rayonun Möhüc kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən, 37 yaşlı Almasov Qəni 1noyabrın 18-də Quba rayon MRX-nın Poliklinika şöbəsinə gəlmib və çıxdıqdan sonra evə qeri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs səhər saatlarında şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi