Qubada iş yerində xəsarət alan fəhlənin ayağı amputasiya edilib

Qubada iş yerində xəsarət alan fəhlənin ayağı amputasiya edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
149964
13 Fevral , 2019 17:11
Qubada iş yerində xəsarət alan fəhlənin ayağı amputasiya edilib

Quba. 13 fevral. REPORT.AZ/ Quba rayonunda iş yerində xəsarət alan fəhlənin ayağı amputasiya edilib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun İqriq kəndində suvarma suyu üçün artezian quyusu qazan zaman briqadanın  fəhləsi, Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Mirəyyub Nəzərovun sağ ayağı burazın arasında qalaraq diz nahiyəsindən kəsilib.

Yaralı dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Cərrahiyyə əməliyyat edilən M.Nəzorovun sağ ayağı amputasiya olunub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi