Yuxarı
    Bağlamaq

    Qubada inzibati bina yanıb

    Hadisə rayonun Amsar kəndində baş verib

    Quba. 11 noyabr. REPORT.AZ/ Quba rayonunda yanğın baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Amsar kəndi ərazisində yerləşən inzibati binada qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Quba Rayon Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

    Hadisə nəticəsində ümumi sahəsi 440 kvadratmetr olan taxta konstruksiyadan ibarət ikimərtəbəli 8 otaqlı binanın 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

    Binanın qalan hissəsi yanğından mühafizə olunub.

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi