Qubada iki uşaq anası intihar edib - YENİLƏNİB

Qubada iki uşaq anası intihar edib - YENİLƏNİB Quba rayonunun Zərdabi qəsəbəsində özünü su kanalına atarq intihar edən qadınınşəxsiyyəti məlum olub.
Hadisə
21 May , 2019 13:49
Qubada iki uşaq anası intihar edib - YENİLƏNİB

Quba rayonunun Zərdabi qəsəbəsində özünü su kanalına atarq intihar edən qadınınşəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Sevinc Gülağa qızı Nemətova özünü su kanalına ataraq intihar edib. Onun meyitini kənd sakinləri sudan çıxarıb.

S.Nemətovanın iki uşaq anası olduğu, həyat yoldaşının ürək xəstəliyindən əziyyət çəkdiyi, ailənin də maddi durumunun aşağı olduğu bildirilir.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 11:58

Quba rayonunda orta yaşlı qadın qadın intihar edib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın özünü su kanalına ataraq intihar edib. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Əraziyə baxış keçirilib və intiharın səbəbləri araşdırlır. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi