Yuxarı

Qubada iki qonşunun bitişik tövlələrindəki yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Quba rayonunda iki qonşunun bitişik tövlələrindəki yanğın söndürülüb

Quba rayonunda iki qonşunun bitişik tövlələrindəki yanğın söndürülüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Talabıqışlaq kəndində Orucəli Orucova və Mehrab Cəmaləddinova məxsus, bitişik tövlələrdə yanğın hadisə yerinə gələn Quba Yanğından mühafizə xidmətinin 2 texnikası və canlı qüvvəsi eyni zamanda yerli sakinlərin köməyilə söndürülüb.

Ətraf tikililər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.

***21:33

Quba rayonunda iki qonşunun bitişik tövlələri yanır.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Talabıqışlaq kəndində Orucəli Orucova və Mehrab Cəmaləddinova məxsus, bitişik tövlələr yanır.

Hadisə yerinə FHN-in Quba Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Ətraf tikililər yanğından mühafizə olunub.

Tövlələrdə olan heyvanlar təxliyyə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi