Qubada iki nəfəri maşın vurub

Qubada iki nəfəri maşın vurub Hər iki faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır
Hadisə
22 İyul , 2017 13:28
Qubada iki nəfəri maşın vurub
Courtesy İmage

Bakı. 22 iyul. REPORT.AZ/ Qubada iki nəfəri avtomobil vurub. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisələrdən biri Quba Mərkəzi Poçtunun qarşısında baş verib. 

Quba rayonu, F.Xan küçəsi, 75 ünvanda yaşayan 1986-cı il təvəllüdlü Dadaşova Nigar Rakim qızını avtomobil vurub.  

Digər hadisə isə rayonun Söhüb kəndinin ərazisində qeydə alınıb. Kənd sakini 2005-ci il təvəllüdlü İbrahimov Nahid Nizami oğlunu maşın vurub.

Hər iki şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirib.

Hər iki faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi