Qubada yaşayış evində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Qubada yaşayış evində baş verən yanğın söndürülüb - YENİLƏNİB Qubanın Güləzi kəndində altı mal tövləsi, üstü yaşayış otaqları olan iki mərtəbəli bina yanır.
Hadisə
584
18 İyul , 2021 17:07
Qubada yaşayış evində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Qubanın Güləzi kəndində altı mal tövləsi, üstü yaşayış otaqları olan iki mərtəbəli evdə baş verən yanğın söndürülüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, yanğın kənd sakini Aydın Kamal oğlu Eyyubova məxsus evdə qeydə alınıb.

Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin iki texnikası və canlı qüvvəsi cəlb olunub və görülən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Yanğın saat 16:50 radələrində söndürülüb. Faktla bağlı araşdırma aparılır

15:17

Qubanın Güləzi kəndində altı mal tövləsi, üstü yaşayış otaqları olan iki mərtəbəli binada yanğın başlayıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, yanğın kənd sakini Aydın Kamal oğlu Eyyubova məxsus evdə qeydə alınıb.

Yanğın artıq yaxınlıqdakı 1 000 ədəddən çox quru ot bağlamalarına da keçib. Qeyd edək ki, evdə 7 nəfərdən ibarət - nənə, baba, oğul, gəlin və 3 azyaşlı ailə yaşayır.

Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər aparılır. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi