Qubada iki azyaşlını it dişləyib

Qubada iki azyaşlını it dişləyib Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər
Hadisə
14 Sentyabr , 2016 16:49
Qubada iki azyaşlını it dişləyib

Quba. 14 sentyabr. REPORT.AZ/ Quba rayonunda iki nəfəri it dişləyib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, bu gün günorta saatlarında Quba rayonu Hacıhüseynli kənd sakini 2007-ci il təvəllüdlü Quluzadə Səfər Malik oğlu və Quba rayonu Gədik kənd sakini  2005-ci il təvəllüdlü Əhmədova Səbinə İlyas qızı it dişləməsi xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Belə ki, sahibsiz it Hacıhüseynli kəndində 9 yaşlı Səfər Quluzadəni sağ ayağının baldır hissəsindən, 11 yaşlı Səbinə Əhmədovanın isə sağ ayağının bud nahiyəsindən dişləyib.

Hər iki şəxsə lazımi tibbi yardım göstərildikdən və quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar.

Son xəbərlər

Orphus sistemi