Qubada həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Qubada həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası noyabrın 16-na təyin edilib
Hadisə
6 Noyabr , 2018 16:34
Qubada həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qətl törətməkdə təqsirləndirilən Elman Ağasiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 16-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyun ayının 11-də Quba rayonunun Zərdabi kəndində baş verib.

Kənd sakini, Dadaşov Eldəniz Arzuman oğlu ilə 1979-cu il təvəllüdlü Ağasiyev Elman Qəzənfər oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Hadisə nəticəsində E.Ağasiyev E.Dadaşovu bıçaqlayıb. O, döş qəfəsinin sol aşağı ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, E.Dadaşov iyunun 15-də dünyasını dəyişib.

E.Ağasiyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi