Qubada həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb

Qubada həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb Cinayət işi hakim Əliövsəd Abasovun icraatına verilib
Hadisə
2 noyabr 2018 12:45
Qubada həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb
0 : 00
0 : 00

Bakı. 2 noyabr. REPORT.AZ/ Qubada qətl törətməkdə təqsirləndirilən Elman Ağasiyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 6-na təyin edilib.

Cinayət işi hakim Əliövsəd Abasovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyun ayının 11-də Quba rayonunun Zərdabi kəndində baş verib.

Kənd sakini, Dadaşov Eldəniz Arzuman oğlu ilə 1979-cu il təvəllüdlü Ağasiyev Elman Qəzənfər oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Hadisə nəticəsində E.Ağasiyev E.Dadaşovu bıçaqlayıb. O, döş qəfəsinin sol aşağı ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, E.Dadaşov iyunun 15-də dünyasını dəyişib.

E.Ağasiyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi