Qubada həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Qubada həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qətl törətməkdə təqsirləndirilən Elman Ağasiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb.
Hadisə
30 Noyabr , 2018 10:30
Qubada həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qətl törətməkdə təqsirləndirilən Elman Ağasiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyun ayının 11-də Quba rayonunun Zərdabi kəndində baş verib.

Kənd sakini, Dadaşov Eldəniz Arzuman oğlu ilə 1979-cu il təvəllüdlü Ağasiyev Elman Qəzənfər oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Hadisə nəticəsində E.Ağasiyev E.Dadaşovu bıçaqlayıb. O, döş qəfəsinin sol aşağı ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, E.Dadaşov iyunun 15-də dünyasını dəyişib.

E.Ağasiyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi