Qubada həmkəndlisini bıçaqlayan şəxsə hökm oxunub

Qubada həmkəndlisini bıçaqlayan şəxsə hökm oxunub Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Həbibulla Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
15 Dekabr , 2017 12:04
Qubada həmkəndlisini bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Həbibulla Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdı hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Heydərov 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Quba rayonunda baş verib. Belə ki, çayxanada oturan tanışlar - H.Heydərovla Nəcəf Əsgərovun arasında mübahisə düşüb. Onlar çayxanada spirtli içki qəbul edib. Daha sonra sərxoş olan tamışlar arasında dava düşüb. H.Heydərov bıçaqla N.Əsgərovu bıçaqlayıb.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi