Qubada həmkəndlisinə zor tətbiq edərək pul alan şəxs saxlanılıb

Qubada həmkəndlisinə zor tətbiq edərək pul alan şəxs saxlanılıb Qubada həmkəndlisindən soyğunçuluq yolu ilə pul alan şəxs saxlanılıb.
Hadisə
18 May , 2019 14:52
Qubada həmkəndlisinə zor tətbiq edərək pul alan şəxs saxlanılıb

Qubada həmkəndlisindən soyğunçuluq yolu ilə pul alan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 16-da Quba rayonunun Amsar kənd sakini A.Sərdarov Rayon Polis Şöbəsinə müraciət edərək mayın 9-da kənd ərazisində yerləşən kafedə naməlum şəxsin ona zor tətbiq edərək 1000 manat pulunu almasını bildirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum olunan Ə.Ağaməmmədov saxlanılıb və o, törətdiyi əməli etiraf edib. 

Son xəbərlər

Orphus sistemi