Qubada hamilə qadın xəstəxanada ölüb

Qubada hamilə qadın xəstəxanada ölüb Onun beyninə qan sızması səbəbi ilə öldüyü bildirilir
Hadisə
17 Aprel , 2018 16:13
Qubada hamilə qadın xəstəxanada ölüb
Report

Quba. 17 aprel. REPORT.AZ/ Quba rayonunda hamilə qadın ölüb.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Quba Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki, Xaçmaz rayon sakini, 1990-cı il təvəllüdlü Rəksanə Səfərovanın qəfildən halı pisləşib və xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Məlumata görə, həkimlər R.Səfərovaya səhhətindəki problemlərə görə hamilə qalmamaq barədə məlumat veriblər və əks təqdirdə həyatı üçün təhlükəli olduğunu bildiriblər. R.Səfərovanın beyninə qan sızması səbəbi ilə öldüyü bildirilir. 

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi