​Qubada fərdi yaşayış evində yanğın olub - FOTO

​Qubada fərdi yaşayış evində yanğın olub - FOTO Yanğına qısaqapanmanın səbəb olduğu bildirilir
Hadisə
8 Oktyabr , 2015 19:22
​Qubada fərdi yaşayış evində yanğın olub - FOTO

Bakı. 8 oktyabr. REPORT.AZ/ Qubada fərdi yaşayış evində yanğın baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Vidadi küçəsində qeydə alınıb.

Nəticədə ikimərtəbəli evin mətbəxi və tavanı yanaraq yararsız hala düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğına qısaqapanmanın səbəb olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi