Qubada fəhləni elektrik cərəyanı vurub

Qubada fəhləni elektrik cərəyanı vurub Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır
Hadisə
7 İyul , 2017 13:25
Qubada fəhləni elektrik cərəyanı vurub

Bakı. 7 iyul. REPORT.AZ/ Bərdədən Qubadakı Qırmızı qəsəbəyə işləməyə gələn fəhləni elektrik cərəyanı vurub.

"Report"un Şimal bürosunun xəbərinə görə, 1994-cü il təvəllüdlü, Məmmədəliyev Məmmədalı Gəray oğlu, Bərdə rayonu Ləmbəran kəndindən Quba rayonu dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbəyə fəhlə işləməyə gəlib. İş zamanı onu elektrik cərəyanı vurub.

O, yaralı vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə qəbul olunub. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı hüquq -mühafizə orqanlarında araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi