Qubada fəhlə faciəvi şəkildə ölüb

Qubada fəhlə faciəvi şəkildə ölüb Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
24 May , 2021 10:59
Qubada fəhlə faciəvi şəkildə ölüb
0 : 00
0 : 00

Quba rayonunda fəhləni elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Əliqulu Nərimanov küçəsində baş verib.

Belə ki, tikintidə fəhlə işləyən rayonun Yeni Güləzi kənd sakini, 1985-ci il təvəllüdlü Vasif Gülməmməd oğlu Sadıqovu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, V.Sadıqov ailəli idi, 2 övladı var.

Son xəbərlər

Orphus sistemi