Qubada evdə qaz balonu partlayıb, 85 yaşlı qadın yanaraq ölüb - YENİLƏNİB

Qubada evdə qaz balonu partlayıb, 85 yaşlı qadın yanaraq ölüb - YENİLƏNİB Quba rayonunda ikimərtəbəli yaşayış evi yanıb.
Hadisə
798
12 İyun , 2021 18:35
Qubada evdə qaz balonu partlayıb, 85 yaşlı qadın yanaraq ölüb - YENİLƏNİB
Video əlavə olunub
13:15
Quba rayonunda ikimərtəbəli yaşayış evi yanıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə gecə saatlarında Səbətlər kəndində qeydə alınıb.

Belə ki, 144 kvadratmetrlik evin birinci mərtəbəsində başlayan yanğın nəticəsində içərisində propan qazı olan balon partlayıb. Nəticədə yanğın daha şiddətlənərək evin ikinci mərtəbəsinə keçib və bütüm yanar konstruksiyalar yanıb. Ev sakinlərinin əksəriyyəti içəridən çıxa bilsələr də, ancaq 1936-cı il təvəllüdlü Gülnaz Nizam qızı Rəhmanova yanaraq dünyasını dəyişib. Yanğınsöndürənlər onun yanmış meyitini ailəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi