Qubada ərzaq mağazası yandı

Qubada ərzaq mağazası yandı Qubada köhnə avtovağzal ərazisində ərzaq mağazasında yanğın olub.
Hadisə
26 Dekabr , 2020 21:12
Qubada ərzaq mağazası yandı

Qubada köhnə avtovağzal ərazisində ərzaq mağazasında yanğın olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, axşam saatlarında rayonun mərkəzindəki "Köhnə avtovağzal"ın arxasında bir-birinə bitişik ərzaq məhsulları mağazalarından birində yanğın başlayıb. Nəticədə sahibkar Elçin Əhməd oğlu Orucova məxsus mağazanın 100 m² sahəsində yanar konstruksiyalar yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi