Qubada əmisi oğlunun arvadını qaçıranı öldürən şəxslərin məhkəməsi başlayıb

Qubada əmisi oğlunun arvadını qaçıranı öldürən şəxslərin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qohumunu döyərək qətlə yetirməkdə təqsirləndirilən Şahmar Əsədov, Sadiq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə hazırlıq iclası başlayıb.
Hadisə
24 Sentyabr , 2019 13:04
Qubada əmisi oğlunun arvadını qaçıranı öldürən şəxslərin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qohumunu döyərək qətlə yetirməkdə təqsirləndirilən Şahmar Əsədov, Sadiq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili iştirak etmədiyinə görə iclas oktyabrın 1-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə Quba rayonunda baş verib. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.

Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi