Qubada əmisi oğlunun arvadını qaçıranı döyüb öldürənlərin məhkəməsi baş tutmayıb

Qubada əmisi oğlunun arvadını qaçıranı döyüb öldürənlərin məhkəməsi baş tutmayıb Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qohumunu döyərək qətlə yetirməkdə təqsirləndirilən Şahmar Əsədov, Sadiq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə hazırlıq iclası başlayıb.
Hadisə
10 Oktyabr , 2019 11:56
Qubada əmisi oğlunun arvadını qaçıranı döyüb öldürənlərin məhkəməsi baş tutmayıb
pexels.com

Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qohumunu döyərək qətlə yetirməkdə təqsirləndirilən Şahmar Əsədov, Sadiq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili iştirak etmədiyinə görə iclas oktyabrın 14-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə Quba rayonunda baş verib. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu, 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.

Hadisədən sonra qızın atası Sadiq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi