Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb Fakt üzrə araşdırmalar davam etdirilir
Hadisə
3434
22 Oktyabr , 2018 10:21
Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Qubada ailəli qadını qaçıran kişi döyülərək öldürülüb.

“Report”un xəbərinə görə, 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.

Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hər üç şəxs saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi