Qubada elektrik naqilləri qırılaraq taxıl sahəsinə düşüb, yanğın baş verib

Qubada elektrik naqilləri qırılaraq taxıl sahəsinə düşüb, yanğın baş verib Quba rayonunda taxıl sahəsində yanğın baş verib.
Hadisə
17 İyun , 2021 19:56
Qubada elektrik naqilləri qırılaraq taxıl sahəsinə düşüb, yanğın baş verib

Quba rayonunda taxıl sahəsində yanğın baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Sofikənd kəndində qeydə alınıb.

Yanğına biçilməmiş taxıl sahəsinə elektrik naqillərinin düşməsinin səbəb olduğu bildirilir.

Nəticədə 20 hektara yaxın əkin sahəsinin bir hektarı yanıb, digər hissəsi isə yanğından mühafizə olunub.

Hadisə yerinə Quba rayon dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi