Qubada elektrik generatorunun benzin çəni partlayıb, xəsarət alan var

Qubada elektrik generatorunun benzin çəni partlayıb, xəsarət alan var Qubada generatorun benzin çəninin partlaması nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.
Hadisə
5 avqust 2021 20:52
Qubada elektrik generatorunun benzin çəni partlayıb, xəsarət alan var
0 : 00
0 : 00

Quba rayonunda generatorun benzin çəninin partlaması nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Atuc kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Tərlan Mürsəl oğlu Əhmədxanov benzinlə işləyən elektrik generatorunu işə salmaq istəyərkən benzin çəni partlayıb.

T.Əhmədxanov bədənin müxtəlif nahiyələrinin ikinci dərəcəli yanıqları diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ilkin tibbi yardım göstərilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi