Yuxarı

Qubada elektrik dirəyində yanğın olub, bir neçə kənd işıqsız qalıb - FOTO - VİDEO

Qubada elektrik dirəyində yanğın olub, bir neçə kənd işıqsız qalıb - FOTO - VİDEO

Quba. 10 avqust. REPORT.AZ/ Quba rayonunda yüksək gərginlikli (10000 Vt) elektrik xəttinin keçdiyi dirəkdə yanğın baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Talabıqışlaq kəndində qeydə alınıb. 

Yanğın nəticəsində naqillər sıradan çıxıb. Bu səbəbdən hazırda rayonun bir neçə kəndi işıqsız qalıb. Məsələ ilə bağlı Quba Rayon Elektrik Şəbəkəsinin rəsmisi Kamran Babayev "Report"un yerli bürosuna verdiyi açıqlamada bildirib ki, elektrik dirəkləri və xətləri Sovet dövründən qalmadır və köhnə naqillər sıradan çıxaraq qısaqapanma yaranıb və bu səbəbdən yanğın baş verib: "Elektrik enerjisinin verilişi yaxın saatlarda bərpa olunacaq. Hazırda əraziyə texnika və işçi heyəti göndərilib".

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi