Qubada elektrik cərəyanı 18 yaşlı gənci vuraraq öldürüb - YENİLƏNİB

Qubada elektrik cərəyanı 18 yaşlı gənci vuraraq öldürüb - YENİLƏNİB Quba rayonunda baş verən bədbəxt hadisə zamanı dünyasını dəyişən gəıncin şəxsiyyəti məlum olub.
Hadisə
9 Oktyabr , 2019 08:19
Qubada elektrik cərəyanı 18 yaşlı gənci vuraraq öldürüb - YENİLƏNİB

Quba rayonunda baş verən bədbəxt hadisə zamanı dünyasını dəyişən gəıncin şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Yerfi kənd sakini, 2001-ci il təvəllüdlü Cabir Barat oğlu Babayev çöldə atası ilə qoyun otararkən əlindəki çubuğu alçaqdan keçən elektrik xəttinə vurub. Nəticədə C.Babayevi cərəyan vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. ***07:19

Quba rayonunda  gənc oğlan ehtiyatsızlığın qurbanı olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Yerfi kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini, hələlik şəxsiyyəti məlum olmayan gənc aşğıdan keçən yüksək gərginlikli elektrik naqillərinə toxunub.

O hadisə yerində ölüb. 

Son xəbərlər

Orphus sistemi