Qubada çöpçünün 2 mərtəbəli evi yanaraq kül oldu - FOTO

Qubada çöpçünün 2 mərtəbəli evi yanaraq kül oldu - FOTO Qubanın Amsarqışlaq kəndində iki mərtəbəli ev naməlum səbəbdən yanmağa başlayıb.
Hadisə
11 Oktyabr , 2015 01:28
Qubada çöpçünün 2 mərtəbəli evi yanaraq kül oldu - FOTO

Bakı. 11 oktyabr. REPORT.AZ/ Qubada bu gecə iki mərtəbəli ev yanaraq kül olub. “Report”un məlumatına görə, axsam saat 23:30-da Qubanın Amsarqışlaq kəndində Akif Şükürova məxsus ev naməlum səbəbdən yanmağa başlayıb.

İlk yanğın birinci mərtəbədə başlasa da sonradan alov əhatəsi güclənib. Ev sahibi Akif Şükürovda birinci mərtəbədə yatmış vəziyyətdə olduğu bildirilir. Evin digər sakinləri isə yaşadığları kənddə toy məclisində olublar. Yanğından ilk öncə qonşular xəbər tutublar və ev sahibini yanğından xilas edə biliblər.

Yanğın yerinə FHN-nin Quba Yanğından Mühafizə Xidmətinin iki yanğın söndürən maşını 55-dəqiqəyə kəndə gəlib çıxa bilib, ancaq onlarda evi tapa bilməyiblər. Kəndin yuxarı məhləsinə gəlib çıxa biliblər ki, buda evin yanaraq kül olmasına gətrib çıxarıb.

Kənd sakinləri yanğınsöndürənlərə kömək etsə də artıq evin dörd divarı qalıb. Yaxınlığdakı evlərdə yanğından qorunub. Ev sahibləri və kənd sakinləri tövlədə mal qaranı yanğından xilas ediblər. Xatırladaq ki, Akif Şükürov ev sahibidir, Yoldaşı Gülarə Şükürova isə "Çöpçü" kimi tanınır. 

Son xəbərlər

Orphus sistemi