Qubada bir sıra kəndlərə gedən yollar buz bağlayıb - FOTO

Qubada bir sıra kəndlərə gedən yollar buz bağlayıb - FOTO Yollarda avtomobillərin hərəkəti üçün təhlükə yaranıb
Hadisə
8 Fevral , 2016 10:06
Qubada bir sıra kəndlərə gedən yollar buz bağlayıb - FOTO

Bakı. 8 fevral. REPORT.AZ/ Quba rayonunda ötən gündən başlayaraq yağan qar bir sıra çətinlik yaradıb. "Report" xəbər verir ki, rayon mərkəzinə 3-5 santimetr qar yağsa da, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən kəndlərə 40-45 santimetr qar yağıb. Quba rayonun dağlı və dağ ətəyi kəndlərinə gedən yollar buz bağladığı üçün gedişi-gəliş çətinləşib.   
Qeyd edək ki, Quba-Qonaqkend, Söhüb, Adur, Xaltan, Buduq , Zeyid və Quba-Xınalıq istiqamətində olan yollar buz bağlayıb və yolda avtomobillərin hərəkəti üçün təhlükə yaranıb.

Son xəbərlər

Orphus sistemi