Qubada biçilmiş taxıl sahələrini yandıran şəxs 5 gün müddətinə həbs edilib

Qubada biçilmiş taxıl sahələrini yandıran şəxs 5 gün müddətinə həbs edilib Quba. 14 sentyabr. REPORT.AZ/ Quba rayonunda biçilmiş taxıl sahələrini yandıran şəxs saxlanılıb.
Hadisə
14 Sentyabr , 2018 17:34
Qubada biçilmiş taxıl sahələrini yandıran şəxs 5 gün müddətinə həbs edilib
0 : 00
0 : 00

Quba. 14 sentyabr. REPORT.AZ/ Quba rayonunda biçilmiş taxıl sahələrini yandıran şəxs saxlanılıb.

Bu barədə "Report"a DİN Mətbuat Xidmnətinin Şimal Regional rupundan bildirilib.

Məlumata görə, sentyabrın 9-da Quba rayonunun Alpan kəndi ərazisində 1 hektar biçilmiş taxıl sahəsindəki küləş yandırılıb. Görülən təxirəsalınmaz tədbirlərlə yanğının qarşısı alınmış, bu zaman xəsarət alan olmayıb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla yanğının həmin kənd sakini Rauf Şükürov tərəfindən törədilməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən saxlanılarkən R.Şükürov ictimai qaydanı pozub. Şöbəyə gətirilən həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onun barəsində 5 gün müddətində inzibati həbs qərarı çıxarılıb.

Son xəbərlər

Orphus sistemi