Qubada bibisini öldürən şəxs apelyasiya şikayəti verib

Qubada bibisini öldürən şəxs apelyasiya şikayəti verib Qubada bibisini öldürməkdə təqsirləndirilən Mişi Migirov barəsindəki hökmdən apelyasiya şikayəti verilib.
Hadisə
19 İyul , 2019 11:30
Qubada bibisini öldürən şəxs apelyasiya şikayəti verib
Report

Qubada bibisini öldürməkdə təqsirləndirilən Mişi Migirov barəsindəki hökmdən apelyasiya şikayəti verilib. 

“Report”un məlumatına görə, şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, Mişi Migirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il Qubada baş verib. İttihama görə, Slaboda qəsəbəsinin sakini M.Migirov qohumlarının məzarlarını ziyarət etmək adı ilə bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq onu döyüb və zorlayıb. 87 yaşlı Ş.Sumxayeva hadisədən bir gün sonra xəstəxanada dünyasını dəyişib.

M.Migirov zorlama və qəsdən adam öldümə maddəsi ilə ittiham edilib. O, ittihamları qəbul etməyib və ondan qisas alındığını deyib.

Məlum olub ki, M.Migirov 2006-cı ildə Rusiyanın Ulyanovsk şəhərində qəsdən adam öldürdüyünə görə 9 il 6 ay cəza alıb. Cəzasını çəkib qurtarandan sonra Azərbaycana deportasiya edilib. Doğulduğu qəsəbəyə qayıdan M.Migirov spirtli içki aludəçisi olduğundan, sərxoş vəziyyətdə bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi