Qubada bəy və gəlini aparan maşın aşıb - FOTO

Qubada bəy və gəlini aparan maşın aşıb - FOTO Hadisə zamanı bəy və gəlin yüngül xəsarət alıb
Hadisə
26 Avqust , 2018 20:01
Qubada bəy və gəlini aparan maşın aşıb - FOTO

Quba. 26 avqust. REPORT.AZ/ Quba rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Zıxır kəndində toy günü içərisində bəy və gəlinin olduğu maşın dağlıq ərazidən keçən meşə yolunda aşıb.

Hadisə zamanı bəy və gəlin yüngül xəsarət alıb.

Aşmış maşını qaldırmaq üçün əraziyə traktor çağrılıb. Yol bir müddət bağlı qalıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi