Qubada baş verən yol qəzasında 1 nəfər ölüb, 7 nəfər yaralanıb - YENİLƏNİB

Qubada baş verən yol qəzasında 1 nəfər ölüb, 7 nəfər yaralanıb - YENİLƏNİB Quba. 25 dekabr. REPORT.AZ/ Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub. 
Hadisə
25 Dekabr , 2017 11:32
Qubada baş verən yol qəzasında 1 nəfər ölüb, 7 nəfər yaralanıb - YENİLƏNİB
Report

Quba. 25 dekabr. REPORT.AZ/ Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub. 

"Report"un Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya Federasiyası magistralının 161-ci kilometrliyində, rayonun İqrik kəndi ərazisində qeydə alınıb.

Sərnişin mikroavtobusu ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə "Mercedes"in Quba rayon sakini, 54 yaşlı Şövkət Əhməd oğlu Qubadov hadisə yerində ölüb. 

Hadisə zamanı 8 nəfər - Qusar rayon sakinləri, 1960-cı il təvəllüdlü Vaqif Abbas oğlu Betərov, 1947-ci il təvəllüdlü İradə Canağa qızı Əlmuradova, Samux rayon sakini, 1988-ci il təvəllüdlü Vüqar Naməddin oğlu İsmayılov və Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Hüseyn Muxtar oğlu Hacıyev, 1975-ci il təvəllüdlü Nigar Cəbrayıl qızı Haqdari, 1977-ci il təvəllüdlü Zaur Nemət oğlu Əsədov və 1997-ci il təvəllüdlü Aygün Ədalət qızı Əbdulrəhmənova ağır bədən xəsarətləri alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralıların vəziyyəti orta-ağır olaraq qalır. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


***10:14

Quba. 25 dekabr. REPORT.AZ/  Quba rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb, ölən və yaralananlar var.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun İqrik kəndi ərazisində baş verib.

Belə ki, Sərnişin mikroavtobusu ilə "Mercedes" markalı avtomobil toqquşub. İlkin məlumatlara görə, hadisə zamanı 1 nəfər ölüb 4 nəfər xəsarət alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi