Qubada banka məxsus avtomobil qaçırılıb - FOTO

Qubada banka məxsus avtomobil qaçırılıb - FOTO Quba. 7 noyabr. REPORT.AZ/ Quba rayonunda banka məxsus avtomobil qaçırılıb.
Hadisə
7 Noyabr , 2018 15:08
Qubada banka məxsus avtomobil qaçırılıb - FOTO
0 : 00
0 : 00

Quba. 7 noyabr. REPORT.AZ/ Quba rayonunda banka məxsus avtomobil qaçırılıb.

Bu barədə "Report"un Şimal bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, noyabrın 6-da Quba rayon Polis şöbəsinə (RPŞ) banklardan birinə məxsus “Lada Priora” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə məlumat daxil olub.

Müraciətlə əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili saxta dövlət qeydiyyatı nişanları ilə idarə edən rayon sakini Bəxtiyar Bağırovun yeri qısa müddət ərzində müəyyən edilib. 

B.Bağırov qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.

İstintaq tərəfindən B.Bağırovun başqa cinayət hadisələrində iştirakı araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb. 

Son xəbərlər

Orphus sistemi