Qubada azyaşlını avtomobil vurub - YENİLƏNİB

Qubada azyaşlını avtomobil vurub - YENİLƏNİB Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
118
14 Aprel , 2019 19:34
Qubada azyaşlını avtomobil vurub - YENİLƏNİB

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyadanın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər veri ki,  2014-cü il təvəllüdlü yerli sakin Kərimov Həzrət Ramil oğlunu avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 18:21

Quba rayonunda piyadanın vurulması ilə bağlı yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, Qubanın Rustov kəndi ərazisndə baş verib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı "təcili yardım"  avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi