Qubada bağçadan çıxan azyaşlını avtomobil vurub - FOTO

Qubada bağçadan çıxan azyaşlını avtomobil vurub - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Sentyabr , 2016 20:39
Qubada bağçadan çıxan azyaşlını avtomobil vurub - FOTO

Bakı. 20 sentyabr. REPORT.AZ/ Quba şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, bu gün axşam saatlarında Quba rayonu, Zərqava kənd sakini, 2010-cu il təvəllüdlü Gülay Mətləb qızı Mikayılovanı uşaq bağçasından çıxarkən naməlum avtomobil vurub.

Quba Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstəyə sol baldır sümüklərinin sınığı diaqnozu qoyulub: "Xəstənin sağlamlığı üçün zəruri tədbirlər görülüb və hazırda onun vəziyyəti kafidir".

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi