Qubada azyaşlılara tütün və alkaqollu içkilər satan şəxslər cərimələnib

Qubada azyaşlılara tütün və alkaqollu içkilər satan şəxslər cərimələnib Quba Rayon Polis Şöbəsinin əməkdaşları azyaşlılara tütün və alkaqollu içkilər satan şəxsləri cərimələyib.
Hadisə
15 Dekabr , 2023 18:07
Qubada azyaşlılara tütün və alkaqollu içkilər satan şəxslər cərimələnib

Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qubada azyaşlılara tütün və alkaqollu içkilər satan şəxsləri cərimələyib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi