Qubada axtarışda olan 2 nəfər saxlanılıb

Qubada axtarışda olan 2 nəfər saxlanılıb Faktla bağlı araşdırmalar davam etdirilir.
Hadisə
4839
1 Fevral , 2019 16:06
Qubada axtarışda olan 2 nəfər saxlanılıb

Quba. 1 fevral. REPORT.AZ/ Quba rayonunda oğurluq etdiklərinə görə axtarışda olan iki nəfər saxlanılıb. 

Bu barədə "Report"a DİN Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. 

Məlumatda bildirilib ki, Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq-təkrar törədildikdə) maddələri ilə axtarışda olan rayonun 1-ci və 2-ci Nügədi kənd sakinləri, 49 yaşlı Həbib Kərimov və 66 yaşlı Qəribşah Hacağayev şəhər ərazisində saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi