Qubada avtoqəza baş verib, yaralananlar var - VİDEO - YENİLƏNİB

Qubada avtoqəza baş verib, yaralananlar var - VİDEO - YENİLƏNİB Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
16 Noyabr , 2019 21:43
Qubada avtoqəza baş verib, yaralananlar var - VİDEO - YENİLƏNİB

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, Quba rayon sakini, Rasim Nadirovun idarə etdiyi "BMW" markalı avtomobil Samir Mэььэвщмгт idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə sərnişinlərdən Quba rayonun sakinləri 1989-cü il təvəllüdlü Vüqar Cavadov, 1999-ci il təvəllüdlü Mehman  Paşayev, Elnur  Məlikov və sürücü S.Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 20:13

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, qəza Quba-Qonaqkənd avtomobil yolunun Qam-qam kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “UAZ” markalı yük avtomobili ilə “VAZ 2107” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, qəzada iki nəfər xəsarət alıb. 

Yaralılar təcili tibbi yardım avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi