Qubada rayonunda baş verən yol-nəqiliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıhüseynli kəndi yolunda baş verib.
Rayonun Əliməmmədoba kənd sakini, 2001-ci il təvəllüdlü Murad Azad oğlu Babayevi avtomobil vurub.
M.Babayev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün
Faktla bağlı araşdırma aparılır.
*** 07:23
Quba rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un yerli bürosu xəbər veririr ki, yolu qarşı tərəfə keçmək istəyən, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişini avtomobil vurub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.