Qubada avtomobil velosiped sürən 6 yaşlı uşağı vuraraq öldürdü

Qubada avtomobil velosiped sürən 6 yaşlı uşağı vuraraq öldürdü Qubada yol qəzası baş verib.
Hadisə
623
20 İyul , 2020 12:33
Qubada avtomobil velosiped sürən 6 yaşlı uşağı vuraraq öldürdü

Qubada yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyulun 19-u saat 18 radələrində Quba şəhəri ərazisində şəhər sakini E.Əliyev idarə etdiyi “VAZ-2104” markalı avtomobillə velosiped sürən həmyerlisi, 6 yaşlı Bəkiri vurub. Xəsarət alan uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi