Qubada avtomobil piyadanı vurub - YENİLƏNİB

Qubada avtomobil piyadanı vurub - YENİLƏNİB Quba. 25 dekabr. REPORT.AZ/ Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
25 Dekabr , 2018 12:53
Qubada avtomobil piyadanı vurub - YENİLƏNİB

Quba. 25 dekabr. REPORT.AZ/ Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini, Elməddin Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən rayonun Atuc kənd sakini, 1981-ci il təvəllüdlü Fərhad Cəmşid oğlu Qəribovu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi YArdım Stansiyasının həkim briqadası cəlb olunub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 11:03

Quba. 25 dekabr. REPORT.AZ/ Quba rayonunda avtomobil piyadanı vurub.  

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Atuc kəndi ərazisində qeydə alınıb.

Belə ki, dekabrın 25-də saat 3 radələrində müəyyən edilməmiş avtomobillə yolu keçən 30-35 yaşlı kişi vurulub və piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi