Qubada avtomobillə vurulan piyada ölüb

Qubada avtomobillə vurulan piyada ölüb Qubada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
13 Avqust , 2021 12:43
Qubada avtomobillə vurulan piyada ölüb

Qubada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, "Hyundai" markalı minik avtomobili Quba şəhər sakini 1957-ci il təvəllüdlü Sənurə Müdhət qızı Əliyevanı vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi