Qubada avtomobil piyadanı vuraraq öldürüb

Qubada avtomobil piyadanı vuraraq öldürüb Quba rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
22 Mart , 2023 09:52
Qubada avtomobil piyadanı vuraraq öldürüb

Quba rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un şimal bürosu xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Firuz Heydərov idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə yolu keçmək istəyən rayon sakini 1941-ci il təvəllüdlü Hacağa Babaliyevi vurub.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi