Qubada avtomobil ehtiyat hissələri satılan mağaza yanıb - FOTO

Qubada avtomobil ehtiyat hissələri satılan mağaza yanıb - FOTO Hadisənin elektrik qısaqapanmasından baş verdiyi ehtimal edilir
Hadisə
194
4 Fevral , 2017 17:58
Qubada avtomobil ehtiyat hissələri satılan mağaza yanıb - FOTO

Bakı. 4 fevral. REPORT.AZ/ Qubada yanğın olub.

"Report"un Şimal bürosunun xəbərinə görə, hadisə rayonun İkinci Nügədi kəndində baş verib. 

Hadisə nəticəsində kənd sakini Eldəniz Şahbalayevə məxsus avtoyuma məntəqəsi və ona bitişik avtomobil ehtiyat hissələri satılan mağazası yanıb. Həmçinin, yaxınlıqdakı avtomobil təmiri sexinə də ziyan dəyib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən maşını cəlb olunub.

Hadisənin elektrik qısaqapanmasından baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi