Yuxarı

Qubada avtomobil dərəyə aşıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Qubada avtomobil dərəyə aşıb, xəsarət alanlar var
© Report

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un Şimal bürosu xəbər verir ki, Sumqayıt şəhər sakinləri - 1971-ci il təvəllüdlü Məryəm Gülbala qızı Məmmədova və 1965-ci il təvəllüdlü Barat Abbas oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alıb və onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Avtomobildə olan digər 3 sərnişin yüngül xəsarətlər alıb.

Hadisəyə qarlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


12:31

Quba rayonunda avtomobil dərəyə aşıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd avtomobil yolunun 38-ci kilometrliyində qeydə alınıb.

Belə ki, "KİA" markalı, 90 HX 904 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobili dərəyə aşırıb.

Hadisə nəticəsində yaralananların olduğu bildirilir. 

Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri və xilasedicilər cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi